Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı

   Saleh Rüstəmli aclıq aksiyasını dayandırdı
  16 Dekabr 2021    Oxunub:837
Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb.
Penitensiar xidmətdən AzVision.az -a verilən məlumata görə, hazırda onun səhhəti normaldır.

Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı.

AzVision.az


Teqlər: Penitensiar-xidmət  





Xəbər lenti