Gömrükdən qanunsuz dərmanlar keçirmək istədi

Gömrükdən qanunsuz dərmanlar keçirmək istədi
  16 Dekabr 2021    Oxunub:813
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.
DGK-dan AzVision.az -a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Scania” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti