Qarabağa icazəsiz daxil olan daha 2 nəfər saxlanıldı

Qarabağa icazəsiz daxil olan daha 2 nəfər saxlanıldı
  17 Dekabr 2021    Oxunub:1000
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xocavənd və Laçın Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə metal qalıqları yışmaq məqsədi ilə işğaldan azad edilən ərazilərə daxil olmağa cəhd göstərən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri - Elmin Əliyev və Səfər Əliyev olduqları müəyyən edilib. Hazırda faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlara bir daha işğaldan azad edilən ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti