Mahir "Legiya"nın baş məşqçisi ilə görüşdü

   Mahir "Legiya"nın baş məşqçisi ilə görüşdü
  19 Dekabr 2021    Oxunub:1238
"Legiya"nın baş məşqçisi Aleksandr Vukoviç komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə görüşüb.
AzVision.az Polşa mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət alan millimizin üzvü ilə baş verənlər haqda danışıb.

Vukoviç “Legiya”dan ayrılmaq istəyən Emreliyə komandada qalmalı olduğunu bildirib. Baş məşqçi hücumçuya bildirib ki, komandanın ona ehtiyacı var. Mahir isə bu barədə yekun qərarı vermədiyini qeyd edib. Ancaq "Meczyki" nəşri iddia edir ki, bu görüş futbolçuya yaxşı təsir edib və 25 yaşlı hücumçu ən azı mövsümün sonuna qədər “Legiya”da qalacaq.

Həmçinin, futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduqlarını bildirdikləri qeyd olunub.

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Qeyd edək ki, Polşa mətbuatı Macarıstanın "MOL Fehervar" klubunun Mahirlə maraqlandığını, hətta onun üçün "Legiya"ya 1 milyon avro ödəməyə hazır olduğunu yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti