Yerli təhsil şöbələri ləğv edilməyəcək

 Yerli təhsil şöbələri ləğv edilməyəcək
  21 Dekabr 2021    Oxunub:1912
"Regional təhsil idarələrinin yaradılması yerlərdə təhsil idarəetmə orqanlarının ləğvi anlamına gəlməməlidir. Onlar regional idarələrə tabe olacaq".
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, təhsilin idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi:

"Regional idarələrin yaradılması bu müəssisələr arasında təhsil formatını bir araya gətirəcək. Bu gün təhsil sistemi mərkəzləşmiş şəkildə fəaliyyət göstərir. Müəllimin saat bölgüsü ilə bağlı narazılığı olanda Təhsil Nazirliyinə müraciət edir. Bu zaman keyfiyyətli təhsildən söhbət gedə bilməz. Bunu nazirlik yox, direktor, regional idarələr etməlidir. Regional idarələrin qurulması vətəndaşlara xidmət, yerli məsələlərin həlli müsbət təsir edəcək".

Nazir əlavə edib ki, fevral ayının sonuna qədər regional təhsil idarələrinin yaradılması planlaşdırılır.



Aytən Bağırzadə
AzVision.az



Teqlər: Təhsil  





Xəbər lenti