Olimpiya çempionu Moskvada döyüldü

Olimpiya çempionu Moskvada döyüldü
  21 Dekabr 2021    Oxunub:1312
Rusiyanın fiqurlu konkisürmə üzrə dünya və olimpiya çempionu Dmitri Solovyov hücuma məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, ona Moskvada naməlum şəxslər hücum edib.
Ağır bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib.
İdmançının meneceri Yelena Bolotova jurnalistlərə verdiyi açıqlamada deyib ki, üç kişi ilə Solovyov arasında olan insident həmin şəxslərin Dmitrinin həyat yoldaşına söz atmasından sonra yaşanıb.

- Dima tək olub, onlar isə üç nəfər. Hazırda o xəstəxanadadır və biz həkimlərdən idmançının səhhəti ilə bağlı xəbərlər gözləyirik.

Qeyd edək ki, Dmitri Solovyov 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarınını komanda yarışlarında qızıl medal qazanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Olimpia-Çempionu   İnsident  





Xəbər lenti