Meşə Təsərrüfatı Mərkəzinin direktoru işdən çıxarılıb

Meşə Təsərrüfatı Mərkəzinin direktoru işdən çıxarılıb
  21 Dekabr 2021    Oxunub:807
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən azad olunub.
Müavin Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bunu AzVision.az -ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3
maddəsi ilə cərimə ediliblər.

Aytən Zəhra
AzVision.az



Teqlər: Cərimə   Töhmət  





Xəbər lenti