"Müraciətlərin 80 faizi ailə münasibətlərinə aiddir" - Mediasiya Şurasının sədri

   "Müraciətlərin 80 faizi ailə münasibətlərinə aiddir" -    Mediasiya Şurasının sədri
  22 Dekabr 2021    Oxunub:1306
Bu ilin 5 ayı ərzində mediatorlara 9550 müraciət daxil olub.

AzVision.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib. O bildirib ki, bunlardan 8515 müraciət ailə münasibətləri, 740 müraciət kommersiya, 295 müraciət isə əmək mübahisələrinə aiddir:
"Müraciətlərin 80 faizi ailə münasibətlərinə aiddir. Daxil olan müraciətlərin 21 faizi qısa zamanda geri götürülüb və imtina edilib. Baxdığımız mübahisələr zamanı məlum olur ki, mübahisə təkcə ailələrə deyil, ekosistemlərə də təsir edir. Cəmiyyətdə belə başa düşülür ki, biz ailələrə dağılmağa qoymuruq. Biz istəmirik ki, ailələr dağılsın və mediasiya yolu ilə mübahisələrin həlli müsbət nəticə verir".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ailə  





Xəbər lenti