Sumqayıtda həbs edilən sürücülərin sayı açıqlanıb

Sumqayıtda həbs edilən sürücülərin sayı açıqlanıb
  22 Dekabr 2021    Oxunub:819
Bu ilin əvvəlindən indiyə qədər Sumqayıt şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati ərazisində müxtəlif qayda pozuntularına yol verən sürücülər barəsində 51 500 inzibati protokol tərtib edilib.
Daxili İşləır Nazirliyindən AzVision.az -a verilən məlumata görə, hesabat dövründə 331 avtomobili sərxoş vəziyyətdə, 285 nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən, 180 nəqliyyat vasitəsini sürücülük hüquqi olmadan idarə edən, 2 516 hərəkətini işıqforun qırmızı işığında davam etdirən, 16 avtoxuliqan və digər növdən olan yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər planına uyğun olaraq şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Tədbir zamanı əvvəlcə avtobus dayanacaqlarını və yollarını zəbt edən sürücülər müəyyən edilərək barələrində tədbir görülüb. Sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadaların yol hərəkəti qaydalarını pozması hallarının qaşısının alınması məqsədi ilə ol polisləri profilaktik işlər görüb. Mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.

Tədbir zamanı həmçinin Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımov da nəzarət-yoxlama qaydasında saxlanılıb. Araşdırma zamanı sürücünün mikroavtobusu sərnişinlərin həyatlarını təhlükə altına qoyaraq narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib. Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib. Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Həyata keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəklərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

AzVision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti