Bu il 11 idman növündə antidopinq pozuntusu qeydə alınıb

Bu il 11 idman növündə antidopinq pozuntusu qeydə alınıb
  23 Dekabr 2021    Oxunub:1775
"2021-ci il ərzində idmançılardan ümumilikdə 1588 test nümunəsi götürülüb. Bunlardan 1456-ı milli test proqramı çərçivəsində, 132-i isə beynəlxalq sifariş əsasında olub".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) direktoru Şəfəq Hüseynli 2021-ci ilin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2021-ci il üzrə 19 antidopinq qayda pozuntusu üzrə araşdırma aparılıb:

"Onlardan 13-ü bu il icraata götürülüb və 6-ı isə ötən ildən başlanan icraatlardır. 19 icraatdan artıq 9-u üzrə qərar qəbul olunub. Bir işə isə xitam verilib. 18 antidopinq qayda pozuntusu ümumilikdə 11 idman növündə qeydə alınıb. Bunlardan 5-i paurliftinq, 2-si güləş , 2-si Velosiped idmanı, 2-si Basketbolda, Para-atletika, futbol, sambo, karate, Boks, Cüdo və Para-cüdo idman növlərinin hər birində isə 1 qayda pozuntusu müəyyən edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər: Dopinq  





Xəbər lenti