Kürdəmir sakinindən “Kalaşnikov” götürülüb

Kürdəmir sakinindən “Kalaşnikov” götürülüb
  25 Dekabr 2021    Oxunub:1312
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini Dəyanət Əliyev həmin kənd ərazisində saxlanılıb.

Daha sonra RPŞ-yə gətirilən D. Əliyevin rayonun Sor-sor kəndində odlu silah gizlətdiyi müəyyən edilib. Davam etdirilən tədbirlərlə onun kənd ərazisində gizlətdiyi atəşə yararlı vəziyyətdə olan AK-74 markalı “Kalaşnikov” aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti