Maşında fişəng satanlar saxlanıldı
Araşdırma zamanı onların Ağdam şəhər sakini Zeynalabdin Abbasov və Gəncə sakini Şahin Şahgəldiyev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı isə külli miqdarda pirotexniki vasitə aşkar olunaraq götürülüb. Mingəçevir şəhərində yaşayan hər iki şəxs Balakənə bu məqsədlə gəldiklərini bildiriblər.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: DİN