Evini tərk edən daha bir koronaviruslu xəstə saxlanıldı

Evini tərk edən daha bir koronaviruslu xəstə saxlanıldı
  27 Dekabr 2021    Oxunub:928
Sabirabad rayonu Suqovuşan kənd sakini Ruslan Sadıqova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, R.Sadıqov təyin olunan qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.

AzVision.az


Teqlər: COVİD-19  





Xəbər lenti