Millimizin oyunları azarkeşsiz keçirilə bilər

Millimizin oyunları azarkeşsiz keçirilə bilər
  02 Yanvar 2022    Oxunub:2049
Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunlarında azarkeşlər iştirak etməyə bilər.
AzVision.az vest.kz saytına istinadən xəbər verir ki, azarkeşlərin yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür. Buna səbəb Niderlandda koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqidir. Avropa çempionatının təxirə salınması da istisna olunmur. Yarışla bağlı yekun qərar yanvarın 10-dək açıqlanacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək.

AzVision.az



Teqlər:





Xəbər lenti