Maşının vurduğu piyada xəstəxanada ölüb

Maşının vurduğu piyada xəstəxanada ölüb
  03 Yanvar 2022    Oxunub:859
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

AzVision.az



Teqlər: Maşın  





Xəbər lenti