Koronavirus xəstəsinin qanunsuz hərəkəti araşdırılır

Koronavirus xəstəsinin qanunsuz hərəkəti araşdırılır
  04 Yanvar 2022    Oxunub:861
Sabirabad rayonu Qəfərli kənd sakini E.Quliyevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, həmin şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti