Ötən gün 108 toyun monitorinqi keçirilib

Ötən gün 108 toyun monitorinqi keçirilib
  04 Yanvar 2022    Oxunub:797
Yanvarın 3-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 108 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, monitorinq 100 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 9 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti