Sərxoş sürücü 80 ailənin qazsız qalmasına səbəb oldu
Nəticədə təxminən 80 yaşayış evinə təbii qazın verilməsində bir neçə saatlıq fasilə yaranıb. Qəzadan sonra hadisə yerindən yayınan həmin sürücü qısa zaman ərzində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib və idarə etdiyi avtomobillə birlikdə polis şöbəsinə gətirilib.
Müvafiq tibbi müayinədən keçdikdən sonra Y.Həsənovun sərxoş olduğu və nəqliyyat vasitəsini spirtli içki qəbul etdikdən sonra idarə etdiyi müəyyən edilib. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Y.Həsənovun bir neçə ay əvvəl də sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanıb və həmin vaxt onun barəsində qanunamüvafiq tədbirlər görülüb.
AzVision.az
Teqlər: