Əlilliyi olan uşaqlar “Dubay Ekspo”da çıxış ediblər

Əlilliyi olan uşaqlar “Dubay Ekspo”da çıxış ediblər
  04 Yanvar 2022    Oxunub:1021
“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda "DanceAbility Azerbaijan" İnklüziv Performans şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.
AzVision.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.





AzVision.az



Teqlər:





Xəbər lenti