FHN əməkdaşları intiharın qarşısını alıblar
Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
AzVision.az