Bakı-Ələt yolunda qəzalarda 8 nəfər yaralanıb
Qeyd olunub ki, baş verən ilk qəza nəticəsində mərkəzə 5 yaralı gətirilib: "Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir".
AzVision.az