Azərbaycanda ən az yoluxmanın qeydə alındığı ərazi

   Azərbaycanda ən az yoluxmanın qeydə alındığı ərazi
  12 Yanvar 2022    Oxunub:671
Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb.
Bu barədə AzVision.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb. Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti