Sərnişin sürücünü hədələyib pulunu aldı

Sərnişin sürücünü hədələyib pulunu aldı
  12 Yanvar 2022    Oxunub:1065
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib 70 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olub.
AzVision.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.


AzVision.az


Teqlər: Sərnişin  





Xəbər lenti