DİN : Qız uşaqlarının itməsi ilə bağlı artım indeksi müşahidə edilmir
“Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır. Xüsusən valideynlər diqqətli olmalı, “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”.
AzVision.az