Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
AzVision.az -a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Məmmədov və Arif Ələkbərov ilə birlikdə rayonun Quşqara kəndi ərazisindəki mağazaya qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 2 430 manat dəyərində olan tütün, alkoqol və energetik içkilər eləcə də gündəlik tələbat mallarını oğurlayıblar.
Həmin şəxslər oğurladıqları malları sonra Gəncə şəhərində satıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, fakla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzVision.az