20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş beynəlxalq karate turniri keçiriləcək
“3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi 21 yanvar 2022-ci il tarixində Bakı İdman Sarayında baş tutacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar”.
Klubun rəhbəri onu da bildirib ki, “ARPACHAY OPEN-2022” beynəlxalq karate turnirində xarici ölkələrdən, paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından çoxsaylı idmançının iştirakı gözlənilir.
Y.Hüseynovun sözlərinə görə, son illərdə Azərbaycanda vətənpərvərliyin təbliğinə və karate idman növünün inkişafına əhəmiyyətli dərəcədə töhfə verən və 6-cı dəfədir ölkəmizdə təşkil olunan “ARPACHAY OPEN” beynəlxalq turnirinin yüksək səviyyədə keçirilməsi üçün AMKF-nin və klubun rəhbərləri, həmçinin yarışın sponsorları əllərindən gələni əsirgəmirlər.
AzVision.az
Teqlər: Karate