İrandan 3 yeniyetmə sərhədi qanunsuz keçmək istəyib

   İrandan 3 yeniyetmə sərhədi qanunsuz keçmək istəyib
  17 Yanvar 2022    Oxunub:1222
İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az -a bildirilib ki, DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bildirilib ki, yanvar ayının 17-də saat 15:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilmiş və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.

Yeniyetmə olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Qısa müddət ərzində yeniyetmələrin İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

AzVision.az


Teqlər: İran   Sərhəd  





Xəbər lenti