Qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb
Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.
Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınmışdır ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.
Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.
AzVision.az