Vətəndaşlardan 16 qanunsuz ov tüfəngi götürülüb

Vətəndaşlardan 16 qanunsuz ov tüfəngi götürülüb
  22 Yanvar 2022    Oxunub:1093
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 21-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Tüfəng  





Xəbər lenti