DSX-nin matrosu Hərbi Hospitalda intihar edib

 DSX-nin matrosu Hərbi Hospitalda intihar edib
  22 Yanvar 2022    Oxunub:1156
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib. Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

AzVision.az



Teqlər: DSX  





Xəbər lenti