268 nəfər şənliyə buraxılmadı

268 nəfər şənliyə buraxılmadı
  24 Yanvar 2022    Oxunub:921
22-23 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 736 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, monitorinq 721 şadlıq sarayında, 15 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 1 obyekt sahibi (restoran) barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib;

268 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti