AzVision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan Baş prokurorluqları, Belarus İstintaq Komitəsi ilə ikitərəfli əməkdaşlıq sənədləri imzalanmış, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Baş Prokurorları Şurasının ilk iclası Bakıda keçirilməklə Şura təsis olunub:
"Qurumun xarici tərəfdaşlarla səmərəli əməkdaşlığının təzahürü olaraq ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilməklə xaricdə gizlənən 32 şəxs tutularaq ölkəmizə ekstradisiya edilib".
AzVision.az