İrandan Azərbaycana 30 kq narkotik keçirmək istədi
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucularından biri havanın qaranlıq, ərazinin meşəlik və sıx kolluq olmasından istifadə edərək geri qaçıb, digər qaçaqmalçı isə hadisə yerində saxlanılıb.
Saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1985-ci il təvəllüdlü Əsədli Əli Xudaverdi olması müəyyənləşdirilib, əraziyə baxış zamanı 2 ədəd bağlamanın içində təxmini çəkisi 29 kiloqram 925 qram narkotik vasitə və psixotrop həblərə bənzər (16200 qram “marixuana”, 7444 qram “heroin”, 3545 qram “metamfetamin”, 440 qram “tiryək” və 1680 ədəd “metadon-40” həbi) maddələr aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.bu barədə DSX Mətbuat Mərkəzinin məlumatında bildirilib.
AzVision.az