Ötən il 206 milyonluq maddi ziyan ödətdirilib

Ötən il 206 milyonluq maddi ziyan ödətdirilib
  24 Yanvar 2022    Oxunub:696
"Ötən il prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə ümumilikdə 206 milyon 257 min manat məbləğində maddi ziyanın ödənilməsinə nail olunub".
AzVision.az -ın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev qurumda keçirilən geniş kollegiya iclasında bildirib. O deyib ki, 2021-ci ildə prokurorluq orqanları tərəfindən 1 301 şəxs barəsində 970 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

AzVision.az


Teqlər: Ziyan  





Xəbər lenti