DGK-nın İdarə rəisi: “2021-ci ildə 418 cinayət xarakterli fakt aşkarlanıb”

      DGK-nın İdarə rəisi:    “2021-ci ildə 418 cinayət xarakterli fakt aşkarlanıb”
  25 Yanvar 2022    Oxunub:920
“Pandemiya şəraitinə baxmayaraq hüquqpozmaların sayında artım müşahidə olunur. 2021-ci ildə bu hüquqpozmaların içərisində cinayətlərin xüsusi çəkisinin azalmasının şahidi oluruq. Əvvəllər bəzi illərdə bu 8 % təşkil edirdisə, 2021-ci ildə cəmi 2,4 % təşkil edib”.
AzVision.az -ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı Lənkəran şəhərində DGK və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər”mövzusunda keçirdiyi təlimin II günündə danışıb.

Onun sözlərinə görə, 2021-ci ildə aşkarlanan 418 cinayət xarakterli fakt ın 101-i qaçaqmalçılıq, 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal, 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub.
O, qeyd edib ki, faktlarla bağlı şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb:

“Son illər ərzində gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Baş İdarəni təşəbbüsü ilə aidiyyəti qurumlarla birgə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük əməkdaşları korrupsiya əməlləri ilə əlaqədar 20-yə yaxın fakt aşkar edib və toplanmış materiallar qanunauyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilib”.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: DGK   Cinayət  





Xəbər lenti