Tağıyevin heykəlinə zərər vuranlar həbs edildi
Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanan materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ötən hədtə sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın səbail rayonu ərazisində ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılmışdı. Daha sonra heykəlin qoparılan elementi heykəltəraşın iştirakı ilə yerinə bərpa edilib.
Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - V.Tağızadə ilə A.Məmmədli müəyyən olunaraq saxlanılıb. İstintaq orqanı hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdi və onlar sərbəst buraxılmışdı.
AzVision.az