11 min manatının oğurlanması ilə bağlı polisə yalan danışdı
Qeyd edilib ki, rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11 min manat pulun oğurlandığını deyib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib. Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
AzVision.az