Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır - Rəsmi

Məktəb direktorunun səs yazısı ilə bağlı fakt araşdırılır -    Rəsmi
  28 Yanvar 2022    Oxunub:1069
Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumat verilib ki, qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti