Azərbaycanın 3 cüdoçusu Qran-pridə mübarizə aparacaq

Azərbaycanın 3 cüdoçusu Qran-pridə mübarizə aparacaq
  30 Yanvar 2022    Oxunub:1285
Portuqaliyanın Almada şəhərində yanvarın 30-da keçiriləcək Qran-Pri turnirinin üçüncü-son günündə Azərbaycanın üç cüdoçusu - Adil Kərimli (100 kq), İmran Yusifov, Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.
AzVision.az xəbər verir ki, Adil Kərimli israilli Stanislav Bançuk, İmran Yusifov ABŞ təmsilçisi Kristian Konoval, Uşanqi Kokauri isə konqolu Klement Musumadi ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.

AzVision.az


Teqlər: Cüdo  





Xəbər lenti