Millimizdə kütləvi yoluxma - Toplanış ləğv olundu

   Millimizdə kütləvi yoluxma -    Toplanış ləğv olundu
  02 Fevral 2022    Oxunub:941
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 6 futbolçu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub.

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 - 14 fevralda olacaq.
AzVision.az


Teqlər: Yoluxma  





Xəbər lenti