"Tərtər işi" ilə bağlı hərbçilərə işgəncə verənlər həbs edildi

 "Tərtər işi" ilə bağlı hərbçilərə işgəncə verənlər həbs edildi
  09 Fevral 2022    Oxunub:2340
"Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib.
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı
Bu barədə AzVision.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildiirlib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:   Tərtər-işi  





Xəbər lenti