"BMW" ilə “07” toqquşdu, 3 nəfər öldü
Daha sonra zərbənin təsirindən "VAZ 2107" markalı minik avtomobili əks istiqamətdən gələn "Atika" markalı yük avtomobilinə çırpılıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Cəlilabad rayonunun Maşlıq kənd sakinləri - Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində dünyasını dəyişib.
Yol qəzasında Maşlıq kənd sakinləri Vəlizadə Kamran İbadulla oğlu, Şahbazov Hacıbala Balabəy oğlu, Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini İsmayılov Balasər Həsən oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Teqlər: Qəza