Xocalının Sığnaq kəndindəki qəza ilə bağlı cinayət işi açılıb
Qeyd olunub ki, hadisəni törədən avtobusun sürücüsü Paşa Mürşüdov xəsarət alıb, hazırda müalicə olunur.
Qeyd edək ki, fevralın 6-sı axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır. Xəsarət alanların vəziyyəti sabitdir və həkim nəzarətindədirlər.
Qəza Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa edilən T3 tunelinin girişinə dönən yolda qeydə alınıb.
AzVision.az
Teqlər: Xocalı