Yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib

Yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib
  09 Fevral 2022    Oxunub:1616
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız 18,6 ton ət və süd məhsulları məhv edilib.
AQTA-dan AzVision.az -a verilən məlumata görə, “Qurman Plyus” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitən 18657.36 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

AzVision.az


Teqlər: AQTA  





Xəbər lenti