Dəmir yolu işçiləri stansiyadan oğurluq edib

Dəmir yolu işçiləri stansiyadan oğurluq edib
  10 Fevral 2022    Oxunub:1141
Sumqayıtda dəmir yolunun işçiləri stansiyadan oğurluq edib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatan 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az



Teqlər: stansiya   oğurluq  





Xəbər lenti