Bakıda şagird özünü binadan atmaq istədi
AzVision.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.
Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.
Məktəb direktorunun, psixoloqunun təşəbbüsü ilə hadisə barədə dərhal Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb.
Faktı Oxu.az-a 118 nömrəli tam orta məktəbdən təsdiq ediblər.
AzVision.az
Teqlər: Şagird