Səhranı gülüstana çevirən adam - FOTOLAR

   Səhranı gülüstana çevirən adam -    FOTOLAR
  11 Fevral 2022    Oxunub:10111
Türkiyənin Sinop bölgəsində yaşayan Hikmət Kaya hazırda dünya mediasının qəhrəmanlarından biridir. O, 19 il ərzində 3 min hektar sahədə 30 milyon ağac əkməklə sözün həqiqi mənasında səhranı gülüstana çevirib. Bu gün həmin meşədə hətta müxtəlif heyvanlar da yaşayır.

Hikmət Kaya əməli ilə sübut edib ki, bir insan da dəyişiklik yaratmaq üçün ciddi qüvvəyə çevrilə bilər. Hərçənd, əlbəttə ki, bu işdə tək olmayıb – könüllülər ona kömək ediblər. İndi vaxtilə boş olan yerdə göyərən meşə insan zəhmətinin və xoş niyyətinin təntənəsinə çevrilib.


“Global Forest Watch”un hesabatına görə, 2000-ci ildən bəri Türkiyədə meşə sahəsinin həcmi 5,4% azalıb. Buna həm yanğınlar, həm də meşələrin nəzarətsiz kəsilməsi səbəb olur.


Meşələrin qorunması artıq bütün dünyada dövlət siyasətinə çevrilir, amma bu, azdır. Hikmət Kaya kimi insanlara da hər yerdə ehtiyac var.





Samir Quliyev
AzVision.az



Teqlər: Ekologiya  





Xəbər lenti