Bakı sakini tanışını taxta ilə döyüb öldürdü

Bakı sakini tanışını taxta ilə döyüb öldürdü
  14 Fevral 2022    Oxunub:1154
Bakıda 30 yaşlı şəxsin öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 13-ü saat 02 radələrində Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin aralarında baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, nəticədə Eynulla İbadov almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti