İranla sərhəddən narkotik götürənlər tutuldu

İranla sərhəddən narkotik götürənlər tutuldu
  14 Fevral 2022    Oxunub:2048
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
Qurumdan Mətbuat Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, fevral ayının 12-də saat 21:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun İmamverdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 2 nəfərin olduğu “Mersedes-Benz” markalı, 99-FR-932 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək beton konstruksiyalı körpünün yanında kolların arasında gizlədilmiş 2 ədəd qara rəngli idman çantasını götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxslər saxlanılıblar. Onların Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Əşrəfli Xəyal Teymur oğlu və Tərtər rayon sakini 1998-ci il təvəllüdlü Nəsirzadə Nicat Yaşar oğlu olmaları müəyyənləş­dirilib, əllərindəki çantalara baxış zamanı içərisində ümumi çəkisi 11 kiloqram 340 qram narkotik vasitə (4565 qram “heroin”, 5565 qram “marixuana”, 1210 qram “metamfetamin”) və 1000 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. N.Nəsirzadənin üzərinə baxış keçirilərkən gödəkçəsinin sağ cibindən xırda bükümdə 3 qram narkotik vasitə “heroin” aşkarlanıb. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: İran   DSX  





Xəbər lenti