Sumqayıtda ata qızını boğaraq öldürüb

   Sumqayıtda ata qızını boğaraq öldürüb
  15 Fevral 2022    Oxunub:1179
Fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqili ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

AzVision.az



Teqlər: Sumqayıt  





Xəbər lenti